Menu

header photo

“Buta Airways” Kiyev reyslərini dəyişir!

“Buta Airways” Kiyev reyslərini “Borispol” hava limanına həyata keçirəcək
“Julyanı” beynəlxalq hava limanının müvəqqəti bağlanması ilə əlaqədar olaraq, 2019-cu il sentyabrın 2-dən sentyabrın 12-dək “Buta Airways”in Kiyev istiqamətində olan bütün reysləri “Borispol” beynəlxalq hava limanına həyata keçiriləcək.
 
Bu barədə “Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən məlumat verilib.
 
Qeyd edək ki, 2019-cu ilin yay uçuş cədvəli (martın 31-dən oktyabrın 26-dək) çərçivəsində “Buta Airways”in Bakı-Kiyev-Bakı marşrutu üzrə aviareysləri həftədə üç dəfə - çərşənbə axşamı, çərşənbə və cümə günləri həyata keçirilir.Biletləri artıq əldə etmiş sərnişinlər aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin proseduruna uyğun olaraq məlumatlandırılacaqlar.

Go Back

Şerh