Menu

header photo

Buta Airways” aviaşirkəti Yaxın Şərqə yeni istiqamətlər açir!

Azərbaycanın “Buta Airways” aviaşirkəti Yaxın Şərqə yeni istiqamətlər açmaqla marşrut şəbəkəsini genişləndirir.

Belə ki, sentyabrın 18-dən Səudiyyə Ərəbistanın paytaxtı - Ər-Riyada (çərşənbə və şənbə günləri), oktyabrın 28-dən etibarən isə ölkənin daha bir böyük şəhəri –  Dammama (bazar ertəsi və cümə günləri) reyslər həyata keçiriləcək.

Yeni istiqamətlərin açılması İran Körfəzi ölkələrindən Azərbaycana əlavə turist axınına şərait yaradacaq və iki ölkə arasında işgüzar əlaqələri gücləndirəcək. Yaxın gələcəkdə "Buta Airways" aşağıbüdcəli aviaşirkəti Yaxın Şərqin bir sıra digər şəhərlərinə birbaşa reyslər açmağı planlaşdırır.

Go Back

Şerh